Prezident apellyasiya şuralarının yaradılması ilə bağlı Fərman imzalayıb

Xəbərin çap versiyası
Tarix: 6-05-2019, 18:02    |    Xəbər oxunub: 683 dəfə
Prezident apellyasiya şuralarının yaradılması ilə bağlı Fərman imzalayıb


Mayın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılmada şəffaflığın, obyektivliyin və operativliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması ilə bağlı Fərman imzalayıb. Fərmana əsasən, “Dövlətə məxsus olan hüquqi şəxsin Apellyasiya Şurası haqqında Nümunəvi Əsasnamə” təsdiqlənib.



Nümunəvi Əsasnamənin “Ümumi müddəalar”ında dövlətə məxsus olan hüquqi şəxsin Apellyasiya Şurasının sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı dövlətə məxsus olan hüquqi şəxsin, onun strukturuna daxil olan qurumların və tabeliyindəki digər qurumların, o cümlədən publik hüquqi şəxslərin, qeyri-kommersiya hüquqi şəxslərinin, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqi şəxsə məxsus olan kommersiya hüquqi şəxslərinin qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən verdikləri şikayətlərə baxan, ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqan olduğu əksini tapıb.

Həmçinin Apellyasiya Şurasının öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “İnzibati icraat haqqında” Qanunu, Azərbaycan Respublikasının digər qanunlarını, Prezidentin aktlarını, bu Əsasnaməni və digər normativ hüquqi aktları rəhbər tutduğu təsbit olunub.

Əsasnamədə Apellyasiya Şurasının vəzifələri, hüquqları, fəaliyyətinin təşkili, eləcə də şikayətlərə dair tələblər, həmçinin Şuranın iclasının keçirilməsi qaydası, iclasın protokollarına və qəbul etdiyi qərarlara dair tələblər və s. məsələlər əksini tapıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Sərnişin avtobusunu ələ keçirdi, polis tərəfindən vuruldu -

Sərnişin avtobusunu ələ keçirdi, polis tərəfindən vuruldu - VİDEO

İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib -

İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib - QALMAQAL

Azərbaycanda jurnalist özünü yanan binadan atdı

Azərbaycanda jurnalist özünü yanan binadan atdı

Bakı polisi:

Bakı polisi: "Neftçi" azarkeşlərini stadiondan polis çıxartmayıb"

Ağdaşın icra başçısının sərvəti açıqlandı-

Ağdaşın icra başçısının sərvəti açıqlandı- SİYAHI+ŞİKAYƏT

5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq

5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq

Energetika naziri vətəndaşları qəbul edib -

Energetika naziri vətəndaşları qəbul edib - FOTOLAR

Nazir Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşlarla görüşəcək

Nazir Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşlarla görüşəcək

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yeni İcra və Kommunikasiya Planlarının icrasına start verir

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yeni İcra və Kommunikasiya Planlarının icrasına start verir

Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başladı -

Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başladı -

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur