Prezident bu şəxslərin pensiyasını artırdı

Xəbərin çap versiyası
Tarix: 23-05-2019, 19:57    |    Xəbər oxunub: 671 dəfə
Prezident bu şəxslərin pensiyasını artırdı


Azərbaycanda kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası artırılıb.



Bu barədə Prezident İlham Əliyev bu gün "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

"Əmək pensiyaları haqqında” qanun 1.0.5-ci maddəsində pul təminatı dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ başa düşülür.

"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanun 20.3-cü maddəsinə müvafiq olaraq kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zaman onların xidmətdən tərxis olunan günə aldıqları miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensasiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr və müavinətlər istisna olmaqla) nəzərə alınır.

Qeyd olunan şəxslər xidmətdən tərxis olunmazdan əvvəl sərəncama götürülür, bir müddət sərəncamda qalır, daha sonra isə xidmətdən tərxis olunurlar.

Belə olan halda onların pensiya hesablanan pul təminatının məbləği aşağı olur. Belə ki, bu hallarda birbaşa xidmətlə əlaqədar bəzi əlavələr (məxfi sənədlərlə iş, peşəkarlığa, mühüm tapşırıqlara, xidmətdə fərqlənməyə görə əlavələr) və sonrakı artımlar pensiyada nəzərə alınmır.

Qanunvericilik təşəbbüsü hüququ subyekti bu təklifi kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin pensiya təminatının yaxşılaşdırılması məqsədi ilə təqdim edib.

Bu baxımdan layihədə təklif olunur ki, kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçuları sərəncamdan tərxis olunarkən onların pensiyası sərəncama götürüldüyü günə aldıqları pul təminatından hesablansın.

Layihənin maliyyə tutumu digər aidiyyəti dövlət orqanları ilə yanaşı, Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə də razılaşdırılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Sumqayıt məhkəməsinin hakimi biznesmenə qarşı silah davasına çıxmağa hazırdır? -

Sumqayıt məhkəməsinin hakimi biznesmenə qarşı silah davasına çıxmağa hazırdır? - VİDEO

“Qarabağ” bir azdan səfərdə Avroliqa matçına çıxır

“Qarabağ” bir azdan səfərdə Avroliqa matçına çıxır

“Ermənilərin avantürist təşəbbüsünün qarşısı alınmalıdır” -

“Ermənilərin avantürist təşəbbüsünün qarşısı alınmalıdır” - Əliməmməd Nuriyev

“Ehtimalları nəzərə alaraq, bu çağırışı etmişəm….” –

“Ehtimalları nəzərə alaraq, bu çağırışı etmişəm….” – Qabil Hüseynli

Pilotun xanımı:

Pilotun xanımı: “Oğluma necə deyəcəm ki, atan bir də qayıtmayacaq?” - FOTOLAR

“Nar”ın abunəçi bazası sürətlə artmaqdadır

“Nar”ın abunəçi bazası sürətlə artmaqdadır

Koreya səfiri Pirşağıda reallaşdırılan layihəyə baxış keçirib

Koreya səfiri Pirşağıda reallaşdırılan layihəyə baxış keçirib

Pediatr Mehriban Əliyevaya müraciət etdi:

Pediatr Mehriban Əliyevaya müraciət etdi: "Yersiz süni qida təyin edən həkimə cəza verilsin!"

"Aspor" idman kanalından Əbülfəz Elçibəyə böyük sayğı - VİDEO

Bakıda bazarda güclü yanğın başladı -

Bakıda bazarda güclü yanğın başladı - VİDEO

ADAU Şəmkirdə fermerlərə təlim keçib

ADAU Şəmkirdə fermerlərə təlim keçib

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur