AFN.AZ / İlham Əliyevlə Ərdoğan telefonla danışıblar

İlham Əliyevlə Ərdoğan telefonla danışıblar

İlham Əliyevlə Ərdoğan telefonla danışıblar


Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasında telefon söhbəti olub.

"Anadolu" xəbər verir ki, Prezident mənbələrindən əldə olunan məlumata görə, liderlər söhbət zamanı Türkiyə-Azərbaycan münasibətləri ilə yanaşı, regional məsələləri də müzakirə ediblər.

Görüşdə Prezident Ərdoğanın oktyabrın sonunda Azərbaycana edəcəyi səfərə də toxunulub.

Azərbaycan Prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, söhbət zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin müxtəlif aspektləri barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf edir. Eyni zamanda, Prezident Rəcəb Tayyib Ərdoğanın oktyabrın sonunda Azərbaycana nəzərdə tutulmuş səfəri və səfərin proqramı ilə bağlı məsələlər müzakirə edilib.
7-10-2017, 20:00
Geri qayıt