Əsas Səhifə > Rəsmi / Son Dəqiqə > İlham Əliyev:

İlham Əliyev:


10-01-2018, 17:15.
title}
İlham Əliyev:


“2017-ci ildə Azərbaycan uğurla və sürətlə inkişaf edib”. Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.

Ölkə başçısı vurğulayıb ki, dünyanın müxtəlif yerlərində təhlükələrin, risklərin artmasına baxmayaraq, Azərbaycanda sabitlik, təhlükəsizlik təmin olunub: “Dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyəti nəzərə alaraq ölkəmizdə əldə olunan nəticələr yüksək qiymətə layiqdir. Bütün bunlar sabitlik nəticəsində əldə olunub. Bu sabitliyin, uğurlu siyasətin təməlində xalq-iqtidar birliyi, xalqın dəstəyi dayanır”.

Dərin iqtisadi il kimi xarakterizə olunan 2017-ci ildə iqtisadi sahədə böyük uğurların qazanıldığını deyən prezident beynəlxalq maliyyə qurumlarının Azərbaycanda gedən proseslərə yüksək qiymət verdiklərini bildirib. Dövlət rəhbəri qeyd edib ki, 2017-ci ildə “Davos” iqtisadi forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 35-ci yerdə qərarlaşdırıb və ölkəmiz bu baxımdan MDB məkanında liderliyini qoruyur”

Geri qayıt