Əsas Səhifə > Rəsmi / Son Dəqiqə > İlham Əliyev Həsən Ruhanini təbrik edib

İlham Əliyev Həsən Ruhanini təbrik edib


10-02-2019, 11:06.
title}
İlham Əliyev Həsən Ruhanini təbrik edib


Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasında qeyd olunan İslam İnqilabının Qələbəsi Günü münasibətilə iranlı həmkarı Həsən Ruhanini təbrik edib.



Təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətlər tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Əminəm ki, ikitərəfli əlaqələrimiz, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
Geri qayıt