AFN.AZ / İlham Əliyev Pekində şirkət rəhbərləri ilə görüşüb-

İlham Əliyev Pekində şirkət rəhbərləri ilə görüşüb-

İlham Əliyev Pekində şirkət rəhbərləri ilə görüşüb-


İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində "ZTE" Korporasiyasının sədri Li Zixue ilə görüşüb.

AFN AZƏRTAC-a istinadən xəbər verir ki, "ZTE" Korporasiyasının sədri Li Zixue onun rəhbərlik etdiyi şirkətin dünyada telekommunikasiya avadanlıqlarının ən böyük təchizatçılarından biri olduğunu bildirib. Çində və xaricdə çoxlu tərəfdaşlarının olduğunu deyən Li Zixue Azərbaycan bazarında da gözəl əməkdaşlıq nümunələrinin mövcudluğunu vurğuladı və ölkəmizlə tərəfdaşlıq əlaqələrini gücləndirmək istədiklərini deyib.

İlham Əliyev bu əməkdaşlığın uğurlu olacağına ümid etdiyini bildirdi. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafının Azərbaycanda prioritet sahələrdən olduğunu deyən dövlət başçısı son illərdə bu sektorun inkişafı üçün xeyli işlərin görüldüyünü, bu sahəyə investisiyaların yatırıldığını, xarici tərəfdaşlarla əlaqələrin genişləndiyini deyib. Prezident İlham Əliyev "ZTE" Korporasiyası ilə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğulayıb.

İlham Əliyev həmçinin Pekində "CETC International” Korporasiyasının baş direktoru Vu Mançin ilə görüşüb.

Görüşdə Vu Mançin "CETC International” Korporasiyasının Çinin radioelektronika sahəsində ixtisaslı şirkətlərindən olduğunu deyərək, bu sahədə uzun illərdir uğurla fəaliyyət göstərdiklərini bildirib. O, bu sahədə Azərbaycan ilə əməkdaşlıq qurduqlarını və bundan məmnun qaldıqlarını vurğuladı, əlaqələrin inkişaf etdiyini deyib.

Ölkələrimiz arasında dostluq əlaqələrinin mövcud olduğunu deyən İlham Əliyev bildirib ki, Azərbaycan Çinin böyük şirkətlərinin ölkəmizdə fəal iş görmələrində maraqlıdır. Dövlət başçısı artıq Çinin bir çox şirkətlərinin timsalında yaxşı tərəfdaşlığın yarandığını bildirdi və Azərbaycanda xarici şirkətlər üçün geniş fəaliyyət sahəsinin olduğunu qeyd edib.

İlham Əliyev Pekində şirkət rəhbərləri ilə görüşüb-
İlham Əliyev Pekində şirkət rəhbərləri ilə görüşüb-
İlham Əliyev Pekində şirkət rəhbərləri ilə görüşüb-
24-04-2019, 12:04
Geri qayıt