Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət himni haqqında” Qanununun ləğvi barədə qanunu təsdiq edib."Yeni Sabah” xəbər verir ki, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinin III hissəsini rəhbər tutaraq "Azərbaycan Respublikasının Dövlət himni haqqında” Azərbaycan Respublikasının 1992-ci il 27 may tarixli 142 nömrəli Qanununu ləğv edib.