Bayramov Lavrovla tarixi bəyanatları müzakirə edib


Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.



XİN-dən verilən məlumata görə, nazirlər bölgədə mövcud olan vəziyyəti və 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Tərəflər, ikitərəfli münasibətlərin müxtəlif aspektləri, həmçinin beynəlxalq təşkilatlarda, o cümlədən BMT, ATƏT və digər çərçivələrdə əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu