Qubad İbadoğlu: “Azərbaycana dönməyimlə bağlı əngəl yoxdur”


“2015-ci ilin fəaliyyət proqramında ADR-in partiyaya çevrilməsi nəzərdə tutulmayıb”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu deyib.

Hazırda ABŞ-da olan Q. İbadoğlu Azərbaycana dönəcəyi tarixi açıqlamayıb. O, ölkəyə qayıdışı ilə bağlı hüquqi problem olduğu barədə yayılan söz-söhbəti təkzib edib: “Azərbaycana dönməyimlə bağlı heç bir əngəl yoxdur. Proqramım davam edir, bitən kimi, vətənə dönəcəyəm. Müddət tədqiqatlarımın gedişindən asılıdır. Çalışıram ki, işlərimi mümkün qədər tez yekunlaşdırım”.

Q. İbadoğlu xaricdə olmasına baxmayaraq, ADR-in işi ilə müntəzəm maraqlandığını deyib: "2015-ci il üçün fəaliyyət proqramı uğurla icra olunur və həmin proqramda hərəkatın partiyaya çevrilməsi nəzərdə tutulmayıb".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu