İqtidarın namizəd siyahısı gələn həftə açıqlanacaq


“Yeni Azərbaycan Partiyasının İdarə Heyəti öz qərarı ilə dairələr üzrə kimin namizədliyi irəli sürüləcəksə, bunları təsdiq edəcək. Həmçinin partiyanın səlahiyyətli nümayəndələrinin təsdiq olunması məsələsi də müzakirə olunacaq, təsdiqlənəcək və bundan sonra mətbuata veriləcək, partiyanın saytına da qoyulacaq ki, kimin hansı dairədən namizədliyi irəli sürülüb”.

Bunu “Yeni Müsavat”a YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. O, gələn həftə İdarə Heyətinin iclasının keçiriləcəyini bildirib: “Gələn həftə ərzində biz namizədləri təsdiq edib müvafiq sənədlərlə dairələrə təqdim edəcəyik. 125 yerin hər birinə namizədlər müəyyənləşib. İdarə Heyəti qərar qəbul etsə ki, hansısa dairədən ölkə üçün əhəmiyyətli, tanınmış, görkəmli bir nümayəndə namizədliyini irəli sürüb, buna alternativ versək, ona problemlər yarada bilərik, ola bilsin ki, orda ona güzəştlər olsun. Qalan hallarda bütün dairələrdə namizədlər müəyyənləşib”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu