AMİP növbəti namizədlərinin adlarını açıqladı - SİYAHI


AMİP Siyasi Şurasının növbəti iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iclasda AMİP-in qarşıdan gələn parlament seçkilərinə hazırlığı müzakirə olunub. AMİP Siyasi Şurası 2015-ci il Milli Məclisə seçkilərdə partiyanı təmsil edəcək növbəti 10 nəfər şəxsin namizədliyini təsdiq edib. Siyasi Şuranın iclasında eyni zamanda AMİP səlahiyyətli nümayəndələri və AMİP maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri təsdiq olunub və qanunvericiliyə müvafiq olaraq bütün sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdim olunması qərara alınlb. Həmçinin qərara alınıb ki, digər dairələr üzrə irəli sürülmüş namizədlərin təsdiq olunması Siyasi Şuranın növbəti iclasının gündəliyinə salınsın. Qərara əsasən, aşağıda adları qeyd olunan şəxslərin namizədliyi AMİP tərəfindən irəli sürülüb:

1. Həsənov Yəhya Məhəmmədəli oğlu-AMİP Siyasi Şurasının üzvü - 8 saylı Binəqədi birinci seçki dairəsi;

2. Əliyev Aydın Niftalı oğlu-AMİP Mərkəzi Şurasının Sədri, Tibb elmləri namizədi, ATU-nun dosenti - 21 saylı Nəsimi birinci seçki dairəsi;

3. Hüseynova Firuzə Nəriman qızı-Nizami rayon bələdiyyəsinin üzvü - 24 saylı Nizami birinci seçki dairəsi;

4. Əlizadə Arzuxan Baxşəli oğlu-AMİP Baş Katibi - 26 saylı Sabunçu birinci seçki dairəsi;

5. Musayev Təbriz Səməndər oğlu-AMİP Abşeron RT Sədri - 45 saylı Abşeron seçki dairəsi;

6. Dadaşov Gündüz Dadaş oğlu-AMİP Siyəzən RT Sədri - 54 saylı Şabran-Siyəzən seçki dairəsi;

7. Qurbanov Məhəmməd Əliağa oğlu-AMİP Xaçmaz RT Sədri - 55 saylı Xaçmaz şəhər seçki dairəsi;

8. Hüseynli Teyyub Həşim oğlu-AMİP Göyçay RT Sədri - 88 saylı Göyçay seçki dairəsi;

9. Hacıyev Mirzahid Miri oğlu-AMİP Ağstafa RT Sədri - 108 saylı Ağstafa seçki dairəsi;

10. Əlicanlı Nigar Hacıbaba qızı-AMİP Mərkəzi Şurasının Sədr müavini - 112 saylı Qax seçki dairəsi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu