MSK “Azadlıq-2015” seçki blokunu qeydə alıb


Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

AzVision.az xəbər verir ki, iclasda Milli Məclisə keçiriləcək seçkilərlə bağlı “Azadlıq-2015” seçki blokunun qeydə alınması məsələsinə baxılıb.

Məsələ səsverməyə çıxarılıb və “Azadlıq-2015” siyasi partiyalar bloku qeydə alınıb.
İclasda, həmçinin blokun emblemi təsdiq edilib.
Daha sonra daha sonra Müsavat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Ana Vətən Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və Azərbaycan Sosial Demokrat Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri qeydə alınıb. Yeni Azərbaycan Partiyası və Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin siyahısına isə əlavələr edilib.

Xatırladaq ki, “Azadlıq-2015” seçki blokunda Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Bütöv Azərbaycan Partiyası (BAP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Azərbaycan Xalq Partiyası (AXP), Vətəndaş və İnkişaf Partiyası (VİP), Azadlıq Partiyası, Aydınlar Partiyası təmsil olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu