YAP bir neçə dəqiqədən sonra siyahısını açıqlayacaq


Bu gün saat 15.00-da hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçiriləcək.

Bu barədə AzVision.az-a YAP İdarə Heyətinin üzvü, partiyanın İcra Katibliyinin əməkdaşı Kərim Kərimov məlumat verib.

O bildirib ki, iclasdan sonra YAP-ın parlament seçkilərinə namizədlərinin siyahısı elan olunacaq: “İclasda əsas müzakirə olunacaq məsələlər qarşıdan gələn parlament seçkilərinə həsr olunacaq”.

K. Kərimov qeyd edib ki, müzakirə olunacaq məsələlər iclasdan sonra ictimaiyyətə açıqlanacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu