Dialoq davam edəcək - iki aydan bir...


12 fevral saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan iqtidarının təmsilçisi Əli Həsənovla müxalifət partiyaları arasında növbəti görüş keçirilib.

Musavat.com-un verdiyi məlumata görə, görüşdə ADP sədri Sərdar Cəlaloğlu, AXP sədri Pənah Hüseyn, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa, BAXCP sədri Qüdrət Həsənquliyev, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev qatılıb.
Danışıqlar başlamazdan öncə Əli Həsənov media üçün açıqlama verdi. Əli Həsənov dedi ki, bu cür görüşlər ölkənin siyasi həyatı, hakimiyyət-siyasi partiyalar münasibti üçün böyük əhəmiyyət daşıyır. Hakimiyyət rəsmisi qeyd etdi ki, bu dəfəki görüşün öncədən konkret mövzusu müəyyənləşdirilməyib. Ancaq hər halda bunda sonra öncədən konkert mövzu, gündəm müəyyənləşdiriləcək.
Sonra partiyalar adından KXCP sədri M.Mirəlioğlu qısa açıqlama verdi. Oəli Həsənovdan ötən dəfəki görüşün nəticləri barədə mediaya açıqlama verməsinin xahiş etdi. Əli Həsənov isə bu barədə siyasi partiyaların sədrlərinə media zalı tərk etdikdən sonra fikirlər bildirəcəyini dedi. Hazırda medianın iştirakı olmadan görüş qapalı keçirilb.
Görüşdən sonra mətbuata açıqlama verən Əli Həsənov bildirib ki, görüşdə iştirak edən partiyalarla bu cür dialoqun iki aydan bir keçirilməsi barədə razılıq əldə olunub. Bundan başqa, Ə.Həsənovun sözlərinə görə, növbəti görüşlərdə müzakirə ediləcək mövzuların əvvəlcədən siyasi partiyalara göndəriləcəyi, onların isə bu mövzular arasında seçim etmək imkanı qazanacaqlarına dair qərar qəbul edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu