Ərdoğan prezident olmaq niyyətindədir


Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan qarşıdakı prezident seçkilərində namizədliyini irəli sürmək niyyətindədir. Trend-in yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi İstanbul meri Kadir Topbaş bildirib.
Bir müddət əvvəl Baş nazirin müavini Bekir Bozdağ bildirmişdi ki, ölkədə prezident seçkiləri 2014-cü ilin avqust ayına təyin edilib.
Topbaş qeyd edib ki, 2014-cü ildə həmçinin bələdiyyə seçkilərinin keçirilməsi planlaşdırılıb.
Mer deyib ki, İstanbul şəhərinin meri vəzifəsinə namizədliyini üçüncü dəfə irəli sürəcək.

Trend



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu