Türkiyənin Baş Qərargah rəisi: “Hədəfimiz PKK liderləridir”


Ordu generalı Necdət Özəl terror təşkilatına qarşı əməliyyatların fasiləsiz davam etdiyini bildirib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Necdət Özəl PKK terror təşkilatı ilə mübarizədə hazırkı hədəfin təşkilatın liderləri olduğunu deyib.
Lider heyətin çox yaxşı mühafizə olunduğunu deyən general buna rəğmən PKK liderləri fiziki məhv etmək üçün hərbi əməliyyatların fasiləsiz davam etdiyini vurğulayıb. Baş Qərargah rəisi ABŞ-ın kəşfiyyat məlumatlarını məhdud çərçivədə ötürdüyünü deyərək, terror təşkilatının İraq və Suriyada düşərgələrinin olduğunu, bu səbəbdən PKK liderlərini ələ keçirməyin çətinliyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu