“Azadlıq-2015” blokunun taleyi bir aya həll olunacaq - AÇIQLAMA


“Azadlıq-2015” blokunun yenidən siyasi blok kimi fəaliyyət göstərməsi yenidən müzakirəyə çıxarılacaq. Bu haqda Modern.az saytına sözügedən blokun üzvü, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn deyib.

Onun sözlərinə görə, son 1 ayda blokun taleyi həll olunacaq: “Onun siyasi blok kimi fəaliyyətini davam etdirməsi əksəriyyətin rəyidir. Keçən ilin sonundan başlayan siyasi kursun strateji istiqamət üzrə davam etdirilməsi düşünülür”.
“Azadlıq-2015” bloku parlament seçkiləri ilə bağlı yaradılıb.

Quruma Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Aydınlar Partiyası, Azad Demokratlar Partiyası, Böyük Azərbaycan Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azadlıq Partiyası və Azərbaycan Xalq Partiyası daxildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu