Suriya "Böyük Dəməşq" layihəsi həyata keçirir


Suriya hökuməti "Böyük Dəməşq" layihəsini həyata keçirməyə başlayıb. Bu barədə Trend cümə günü "əl-Cəzirə" telekanalına istinadən məlumat verir.
Telekanalın məlumatına görə, bu layihənin reallaşdırılması çərçivəsində Dəməşqin ayrı-ayrı ərazilərində artıq evlərin sökülməsinə başlanılıb.
Suriya müxalifəti hesab edir ki, hakimiyyət bunu ağır artilleriya ilə evləri atəşə tutarkən əhaliyə dəymiş ziyanı gizlətmək üçün edir.
Lakin hakimiyyət iddia edir ki, layihənin reallaşdırılması xeyli müddətdir başlayıb və Mənzil Tikintisi Nazirliyi bununla əlaqədar fəal iş aparır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu