“Azadlıq-2015” siyasi partiyalar bloku buraxıldı


Bu gün “Azadlıq- 2015” siyasi partiyalar seçki bloku səlahiyyətli nümayəndələrinin və bloka daxil olan siyasi partiya sədrlərinin iclası keçirilib.

Musavat.com xəbər verir ki, səlahiyyətli nümayəndələrin iclası qanunvericiliyə müvafiq olaraq “Azadlıq – 2015” siyasi partiyalar seçki blokunun fəaliyyətinə xitam verib.

“Azadlıq – 2015” seçki blokuna daxil olan siyasi partiya sədrlərinin toplantısında siyasi partiyaların yetkili orqanlarında başqa qərar qəbul edilənə qədər KXCP, BAP, VİP, Azadlıq, Aydınlar, ALDP və AXP- nin eyni adlı siyasi partiyalar bloku şəklində əməkdaşlıqlarını davam etdirmək haqqında razılığa gəliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu