Türk-Azəri hərbi birliyimi gəlir?


Azərbaycan Milli Məclis Təhlükəsizlik və Müdafiə etmə Komitəsi üzvü Zahid Oruc , Türkiyə və Azərbaycanın ortaq hərbi bir güc meydana gətirməyi məqsəd qoyulduğunu söylədi.

Onun dediyinə görə, Azərbaycan çox böyük gücə malik olan Türkiyənin hərbi quruculuq sistemini model kimi qəbul etməli, silahlı qüvvələrini modernləşdirməklə yeni risklərə, çağırışlara hazır olmalıdır.

Millət vəkili qeyd edib ki, bunun regionda doğuracağı nəticələrdən narahat olanlara Rusiya-Ermənistan ittifaqını misal göstərmək olar, yəni, bizi bölgədəki gərginliyi artırmaqda qınaya bilməzlər, üstəlik, Türkiyə Qafqazda geosiyasi proseslərdə söz sahibinə çevrilib, iqtisadi dayaqlarını bərqərar edib.

Z.Orucun sözlərinə görə, bunları qorumaq lazımdır:

“Türkiyənin silahlı qüvvələri 800 mindən artıqdır. İlk dövr üçün briqada və ya bölük səviyyəsində Azərbaycan və Türkiyənin əsgər qüvvələrini vahid, bir araya gətirmək, təlim, tədris və xidməti eyni proqram şərtlərinə tabe etdirmək gərəkdir.

Bir daha deyim ki, iki ölkə arasında 2011-ci i 19 yanvarda “strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” bağlanmış müqavilə buna tam hüquqi əsas yaradır və Cənubi Qafqazda pozulmuş hərbi-siyasi balansı bərpa etməyə imkanlar açır.

Hamıya bəllidir ki, türk generaliteti 1995-ci ildən ölkəmizin müdafiə qabiliyyətinin artırılmasına, islahatların və NATO sisteminin tətbiqinə yaxından əməli köməklik göstərir. 11 sentyabrda İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş və iki hökumətin birgə fəaliyyət qərarları Azərbaycan-Türkiyə hərbi birliklərini formalaşdırmağa keçid deməkdir.

Bu artıq yeni mərhələ və tarixi ənənənin davamı olmaqla təhlükəsizliyimiz üçün mühüm hadisə olacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu