“Sanksiya söhbəti Azərbaycana təzyiq etmək üçündür”


Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Qərbdəki bəzi dairələrin Azərbaycana qarşı sanksiya tətbiq olunması barədə çağırışlarına münasibət bildirib.

APA-nın xəbərinə görə, N. Məmmədov deyib ki, bu söhbətlər Azərbaycana təzyiq formasıdır: “Bizə hansı formada sanksiyalar tətbiq edə bilərlər? Bizim üçün belə bir təhlükə olduğu fikrinin ortaya atılması, müəyyən sözlərin deyilməsi ancaq Azərbaycana təzyiq etmək üçündür. Azərbaycan ABŞ-ın da, Avropanın da marağında olan və 45 milyard dollardan artıq sərmayə qoyulacaq Cənubi Qaz Dəhlizi layihəsi kimi möhtəşəm layihə həyata keçirməyi planlaşdırır və bu istiqamətdə addımlar atır. Avropa 10 il bizim qulağımıza “Nabucco” deyə-deyə gəlib-getdi, dillərində qabar yarandı, lakin birdən-birə kefləri belə istədi ki, yox, bu layihəni həyata keçirmək olmaz. Avropa düşünməlidir ki, niyə Azərbaycanla bağlı bu oyunu oynayırdılar? Bəs məsuliyyət hanı? Heç üzr də istəmədilər, demədilər ki, on il “Nabucco” deyə-deyə gəlib-getməklə səhv etmişik. Belə olmaz axı? Ona görə də bizim üçün heç bir narahatlıq yoxdur”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu