Erməni deputat AŞPA-da Azərbaycanın lehinə səs verdi


Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü, milliyyətcə erməni olan Markar Yesayan qurumun bu gün keçirilən plenar iclasında qəbul edilən “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi adlı” məruzənin və qəbul olunmayan “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" adlı məruzənin lehinə səs verib.


AzVision.az xəbər verir ki, “news.am” saytı bu barədə məlumat yayıb. Bildirilib ki, M. Yesayan Türkiyənin iqtidar Ədalət və İnkişaf Partiyasının İstanbul millət vəkilidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu