Ərdoğan Azərbaycana gəlir


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri bu il fevral ayının ortalarına planlaşdırılır.


Bu barədə APA-nın Türkiyə bürosuna prezidentin protokol idarəsindən bildirilib. İdarədən verilən məlumata görə, hazırda səfərin detalları dəqiqləşdirilir. Hələlik səfərin tarixi və müddəti məlum olmasa da, bu ayın ortalarında reallaşması nəzərdə tutulub.

Ərdoğanın səfəri zamanı Türkiyə ilə Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu