Türkiyə XİN başçısı Bakıya gəlib


Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Bakıya gəlib.


"Report" xəbər verir ki, bu gün o, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.
Xatırladaq ki, bu gün Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclası keçirilməli idi. Amma Ankarada törədilmiş terror aktı ilə əlaqədar olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərini təxirə salıb.
Onu da əlavə edək ki, fevralın 19-da Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşünün keçirilməsi planlaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu