Lukaşenko İlham Əliyevə zəng vurdu


Bu gün Belarus prezidenti Aleksandr Lukaşenko və Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı olub.


TİA.AZ xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı ilə bağlı müzakirə aparıblar. “Prezidentlər qarşılıqlı ticarətin fəallaşdırılmasına hazır olduqlarını ifadə ediblər. Belarus tərəfi xüsusilə, gələcəkdə üçüncü ölkələrin bazarlarına çıxmaq üçün Azərbaycanla bütün sahələr üzrə birgə istehsalın yaradılması məsələsini nəzərdən keçirməyə hazırdır. Dövlət başçıları beynəlxalq gündəlikdə olan məsələləri də müzakirə edib və ikitərəfli münasibətlərin strateji xarakterini bir daha vurğulayıblar”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu