Eldar İbrahimov: "İranla Azərbaycanın münasibətlərinin dərinləşməsi çox əhəmiyyətlidir"


"Ölkə Prezidenti İlham Əliyevin İrana rəsmi səfəri həm siyasi, həm də iqtisadi sahədə iki qonşu və dost ölkə arasında əməkdaşlığın, qarşılıqlı münasibətlərin və əlaqələrin inkişafında yeni bir mərhələ, yeni bir dövr açdı".

AFN.az xəbər verir ki, bunu millət vəkili, Milli Məclisin Azərbaycan-İran parlamentlərarası Dostluq Qrupunun üzvü Eldar İbrahimov mətbuata açıqlamasında deyib. O, daha sonra bildirib: “Dünyada, regionda, ətrafımızda cərəyan edən hadisələrin, bir-birini sürətlə əvəzləyən çeşidli proseslərin fonunda belə bir səfərin gerçəkləşməsi, yüksək səviyyədə baş tutması da olduqca vacib və əhəmiyyətlidir”- deyən millət vəkilinin sözlərinə görə, səfər zamanı Azərbaycanla İran arasında bir sıra mühüm sənədlər imzalanıb. E.İbrahimovun qənaətincə, iki ölkə rəhbərliyi arasında imzalanan bu tarixi sənədlər Azərbaycanla İranın əməkdaşlığın vacib sahələrini əhatə edir və əlaqələrin daha da inkişaf etdirilməsi üçün güclü baza yaradır. "Məlum sanksiyaların aradan götürülməsindən - hansı ki, dövlət başçımızın qeyd etdiyi kimi də, Azərbaycan həmin sanksiyaların hər zaman əleyhinə olub - İran bu gün artıq yenidən dünya bazarına çıxmağa başlayır.
Odur ki, Azərbaycan İranın Avropaya, dünya bazarlarına çıxışını təmin etmək üçün tranzit ölkə rolunu oynaya bilər” - deyən E.İbrahimovun bildirdiyinə görə, bu, hər iki ölkə üçün çox faydalı bir əməkdaşlıqdır.
“Əslində İranla Azərbaycan arasında əlaqələrin, qarşılıqlı münasibətlərin inkişafı, dərinləşməsi təkcə iki ölkə üçün deyil, ümumilikdə region, dünya üçün çox əhəmiyyətlidir. Bu səfər həm də iki qonşu və dost ölkə arasında hansısa “problemlər” tapıb çıxarmaqda, münasibətlərin gərginləşməsində maraqlı olan bəzi dairələrə layiqli bir cavab və mesaj oldu. Yəni, hər iki ölkə rəhbərliyi İranla Azərbaycanın əməkdaşlığının, münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini və bundan sonda da inkişaf edəcəyini ortaya qoymuş oldu” - deyə, E.İbrahimov daha sonra sözlərinə əlavə edib.

FƏRİDƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu