Almaniyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır


Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Haydrun Tempeli diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.


Nazirlikdən Report-a verilən məlumata görə, görüşdə Azərbaycan və Almaniya arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.
Səfir diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Nazir Azərbaycan və Almaniya arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə səfirə minnətdarlıq edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu