Azərbaycan diaspor təşkilatlarının sayı 458-ə çatıb


Ötən il ərzində Azərbaycanın diaspor təşkilatları tərəfindən keçirilən tədbirlərin 150-si Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın, erməni diasporu və lobbi qruplarının anti-təbliğat kampaniyalarının qarşısının alınması məqsədinə xidmət edib.


"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2015-ci il üzrə fəaliyyəti barədə hesabatında bildirilib.
ABŞ, Kanada, İsveç Krallığı, Litva Respublikası, Gürcüstan, Rusiya Federasiyası, Fransa Respublikası, Belçika Krallığı, Niderland Krallığı və digər ölkələrdə diaspor təşkilatları tərəfindən müxtəlif məzmunlu tədbirlər, kütləvi etiraz aksiyaları, konfrans və seminarlar təşkil olunub.
Qeyd edək ki, ötən il ərzində xarici ölkələrdə ümumilikdə 9 yeni diaspor təşkilatı yaradılıb, hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının sayı 458-ə çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu