Ərdoğan Bakıya apreldə gələcək


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan apreldə Bakıya gələcək və BMT-nin sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edəcək.


Bu barədə Türkiyənin Bakıdakı səfiri İsmayıl Alper Coşqun virtualaz.org saytına açıqlamasında bildirib.
Xatırladaq ki, Ərdoğan fevralın 18-də Türkiyə-Azərbaycan Yüksək Strateji Şurasının toplantısında iştirak etmək üçün Bakıya səfər etməliydi. Lakin Ankarada törədilən terror səfərin təxirə salınmasına səbəb oldu.

Səfir Ərdoğanın Bakıya əvvəl planlaşdırılan səfərinin onun Qlobal Forumda iştirakı ilə eyni vaxtda baş verəcəyini hələ dəqiq bilmədiyini deyib: “Bu məsələ Ankarada müzakirə olunur”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu