Səkkiz siyasi partiya ​MSK-ya illik maliyyə hesabatını təqdim edib - SİYAHI


Səkkiz siyasi partiya Mərkəzi Seçki Komissiyasına (MSK) 2015-ci il üzrə maliyyə hesabatını təqdim edib.


"Report"un xəbərinə görə, həmin partiyalar hakim Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Mübarizləri Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Kommunist Partiyası, Ədalət Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Müstəqil Azərbaycan Partiyası və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır.
Qeyd edək ki, Azərbaycan Ədliyyə Nazirliyində 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, MSK-ya təqdim etməlidirlər. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu