​Prezident İlham Əliyev: “Türkiyə və Azərbaycan o ölkələrdəndir ki, öz səsini ucaldır”


“Bəs haradadır ümumbəşəri dəyərlər, demokratiya, insan haqları, mərhəmət?!”
“Türkiyə təmənasız olaraq milyonlarla qaçqını öz ölkəsində yerləşdirir, böyük vəsait xərcləyir. Biz humanitar fəlakətdən əziyyət çəkən ölkə kimi bilirik ki, bu, nə qədər ağır məsələdir. İnsanlar nicat tapmaq, öz canlarını qurtarmaq üçün Avropaya üz tutduqda görün onları nələr gözləyir?! Onların ləyaqəti alçaldılır, qəfəslərə salınır, onlar haqqında olmazın yalanlar yayılır. Bəs haradadır ümumbəşəri dəyərlər, demokratiya, insan haqları, mərhəmət?! Biz bunu görmürük”.



“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əiyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi məbuat konfransında bildirib.
“Türkiyə və Azərbaycan o ölkələrdəndir ki, öz səsini ucaldır. Biz insanların acı taleyinə biganə qala bilmərik. Azərbaycan xalqı adından Türkiyə rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm ki, bu ağır yükü öz üzərinə götürüb. Bir daha bütün dünyaya nümayiş etdirir ki, qaçqın böhranından necə şərəflə çıxmaq olur” - Prezident bildirib.
Dövlət başçısı bildirib ki, Azərbaycanla Türkiyə arasında əlaqələr bütün sahələri əhatə edir.
“Əminəm ki, Türkiyə və Azərbaycanda da hamı bu fikirlə razı olar ki, bu gün dünya çapında bizim ölkələr qədər bir-birinə bağlı olan ölkələr yoxdur. Bu birlik bizim milli sərvətimizdir. Birliyimizi qoruyuruq və qoruyacağıq. Əminəm ki, gələcək illərdə biz bundan da böyük qələbələr əldə edəcəyik”, - o, vurğulayıb..



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu