İran Azərbaycanla sərhəddəki atışma haqda:”Bizə dəxli yoxdur”


İran Daxili İşlər Nazirliyi Azərbaycanla sərhəddəki atışma barədə məlumatlara şərh verib.


Virtualaz.org “Tehran Times”ə istinadən xəbər verir ki, nazirlik bu atışmanın Azərbaycan-İran sərhədində baş verdiyinə dair məlumatları təkzib edir.

“Orada İran sərhədçiləri və ya vətəndaşları ilə heç bir toqquşma olmayıb”-nazirliyin sərhəd məsələləri üzrə direktor Məcid Ağababayi bildirib.

İran rəsmisi deyib ki, bazar günü baş verən toqquşma İran sərhədlərindən uzaqlarda, Azərbaycan sərhədçləri və bir qrup azərbaycanlı ilə xarici vətəndaş arasında baş verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu