Dövlət büdcəsindən təyinatdankənar istifadəyə görə cəza tətbiq ediləcək


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünki iclasında Dövlət büdcəsindən təyinatdankənar istifadəyə görə cəza tətbiq edilməsi təklif olunub.


“Report”un xəbərinə görə, Cinayət Məcəlləsinə yeni - 308-1-ci maddənin əlavə edilməsi barədə layihə müzakirəyə çıxarılıb.
Əlavəyə əsasən, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədən kənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməməyə görə 8 000 manatdan 10 000 manata qədər cərimə, yaxud 3 ilə qədər azadlıqdan məhrumetmə tətbiq olunacaq.
Eyni hərəkətlər külli miqdarda, yəni, 250 min manatdan yuxarı vəsaitlə olduqda isə 3 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu