​Tarif Şurasının səlahiyyəti azaldılıb


“Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”də dəyişiklik edilib.


"Report"un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı fərman imzlayıb.
İndiyədək Tarif (qiymət) Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı idi.
Dəyişikliyə əsasən, bundan sonra Tarif (qiymət) Şurası Azərbaycan Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu