Azərbaycanı dəstəkləməyə hazırıq- Pakistan MN


Pakistan Ermənistanla münaqişədə Azərbaycana yardım etməyə hazırdır.

Bu barədə Pakistan Müdafiə Nazirliyinin "Facebook"dakı rəsmi səhifəsində bildirilib.

"Pakistan xalqı Ermənistanla münaqişədə Azərbaycanı dəstəkləyir, Dağlıq Qarabağ regionu Azərbaycana məxsusdur", - bəyanatda deyilib.

Eyni zamanda, MN-in "Facebook" səhifəsi Azərbaycan və onun Silahlı Qüvvələrinə dəstək nümayiş etdirmək üçün örtük şəklinə Azərbaycanın dövlət bayrağını yerləşdirib.
Qeyd edək ki, Pakistan Ermənistanı dövlət kimi tanımır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu