Ukrayna xalq özünümüdafiəsi təşkilatı: “Biz Azərbaycanı dəstəkləyirik”


"Mən və mənim rəhbərlik etdiyim təşkilat həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Biz indi də Azərbaycanı öz torpaqları uğrunda ədalətli mübarizəsində dəstəkləyirik. Qarabağ münaqişəsi Moskva və onun xüsusi xidmət orqanları tərəfindən başladılıb”.


Virtualaz.org xəbər verir ki, bu barədə haqqin.az-a "Ukrayna xalq özünümüdafiəsi" Ümumukrayna ictimai təşkilatının (UNA-UNSO) rəhbəri Konstantin Vinnitski bildirib.

"Azərbaycan öz ərazi bütövlüyünü istənilən yolla bərpa etməlidir. İndi zəiflik göstərmək olmaz. Əgər zəiflik göstərəcəksinizsə, sizin torpaqlarınıza qayıdışınız uzun illər ləngiyəcək. İrəli və yalnız irəli! Biz 1990-cı illərdə də sizinlə idik, indi də sizinlə olacağıq. Ukrayna və Azərbaycan öz ərazi bütövlüyünü mütləq bərpa edəcək", - deyə K.Vinnitski bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu