Şəhidlərimizlə, onları yetişdirən ailələrlə qürur duyuruq-Qənirə Paşayeva


Millət vəkili Qənirə Paşayeva parlamentdə çıxışında Azərbaycan ordusunu əldə etdiyi qələbə münasibətilə təbrik edib.

O qeyd edib ki, ordumuz erməni işğalçılarına layiqli cavabı verir: “ Torpaqlarımızın işğaldan tam azad olunacağı və daha böyük qələbə qazanacağımız gün uzaqda deyil. Xalqımız, biz hamımız Ali Baş Komandanın və ordumuzun yanındayıq və Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün bütün Azərbaycan xalqı ordusunun yanındadır."
Şəhidlərimizin ruhu qarşısında baş əyirik deyən millət vəkili Qənirə Paşayeva bir şəhid anasının ona söylədiyi fikirlərini MM-də səsləndirərək bütün şəhid ailələrimizin qarşısında baş əyirik deyib: "Şəhid anamız dedi ki, oğlum hər zaman deyərdi ki, şəhid olsam, ağlamayın. Biz torpaqlarımızı işğaldan azad etməliyik və bunun üçün şəhid olmaq şərəfdir. Təki Vətən sağ olsun." Belə dəyərli övladlar yetişdirən bütün şəhid ailələrimizlə qürur duyuruq. Əziz şəhidlərimiz və bütün xalqımız Ermənistanda və arxasında dayanan güclərin illər keçdikcə işğlal altında olan torpaqlarımızda doğulmayan və ya oranı görməyən gənc nəsillərin işğal altında olan Azərbaycan torpaqlarına özündən əvvəlki nəsillər kimi duyarlı olmayacağı kimi yanlış düşüncəsinə böyük və sarsıdıcı zərbə vurdu və göstərdi ki, Azərbaycan xalqının hamısı öz torpaqlarına nə qədər bağlıdır və onun üçün canından keçməyə hazırdır." Millət vəkili Qüdrət Həsənquliyevin maaşlarının bir hissəsinin Silahlı Qüvvələrinə Yardım Fonduna köçürülməsi təklifini dəstəkləyən millət vəkili Qənirə Paşayeva özü də bu addımı atacağını deyib və hər kəsi bu təklifi dəstəkləməyə çağırıb. Millət vəkili Qənirə Paşayeva dünyada yaşayan və fəaliyyət göstərən diasporumuza və diaspor təşkilatlarına müraciət edib və onları Ermənistanın, erməni diasporu və lobbisinin və arxasında duran güclərin Azərbaycan əleyhinə təbliğatlarına, kampaniyalarına qarşı ciddi mübarizəyə çağırıb. Ermənistanın, erməni diasporu və lobbisinin və arxasında duran güclərin yalan məlumatlarla beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdığını deyən millət vəkili Qənirə Paşayeva dünyanın hər yerindəki Azərbaycan gəncliyini informasiya müharibəsində qələbə qazana bilməyimiz üçün erməni yalanlarına qarşı mübarizədə sosial şəbəkələrdə aktiv olmağa çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu