Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir- Gürcü ekspert


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin eskalasiyası beynəlxalq ictimaiyyətin passivliyi ilə əlaqəlidir.

Bunu gürcü ekspert Qiya Xuxaşvili deyib.

O, qeyd edib: "Bu gün baş verənlər uzun illərdir beynəlxalq ictimaiyyətin göstərdiyi passivliyin nəticəsidir".

Ekspertin sözlərinə görə, beynəlxalq ictimaiyyət bir tərəfdən ərazi bütövlüyü və ölkənin suverenliyinə hörmətdən danışır, digər tərfdən isə münaqişənin konservləşməsinə vərdiş edir.

Q.Xuxaşvili bildirib: "Belə mövqedə qalmaq çox təhlükəlidir. Beynəlxalq ictimaiyyət münaqişənin sülh yolu ilə nizamlanması üzrə səyləri fəallaşdırmalıdır".

O, əlavə edib ki, bu münaqişə region üçün hər an partlaya bilən bomba kimidir.

Gürcü ekspert bildirib ki, Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməli və bərpa edilməlidir.

Ekspert, həmçinin Rusiyanın bu məsələdə konstruktiv mövqe tutacağına və kənarda durmayacağına ümid etdiyini deyib: "Bu, Rusiyanın maraqlarındadır. Ümid edirəm ki, onlar da məsələyə böyük anlayışla yanaşacaq və səmərəli fəaliyyət göstərəcəklər. Onların belə imkanları var".

Onun sözlərinə görə, regionda stabillik Gürcüstan üçün də çox vacibdir.

Trend



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu