AXCP Sumqayıt təşkilatının sədri həbs olundu


Martın 11-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şəhər təşkilatınımn sədri İsa Qurbanov həbs edilib.

Bu barədə "Amerikanın səsi"nə AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.

Onun sözlərinə görə, Sumqayıt Şəhər Məhkəməsi İsa Qurbanova polisə müqavimət ittihamı ilə inzibati qaydada 5 sutka həbs verib.

“isa Qurbanov polisə müqavimət göstərməyib və onun heç bir günahı yoxdur. O, Milli Şuranın martın 15-də “Talana son!” şüarı ilə keçirəcəyi mitinqə görə saxlanıb”, - deyə G. Bayramlı iddia edib.

Rəsmi qurumlar təşkilat sədrinin həbsi ilə bağlı məlumat yaymayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu