Rusiya yenidən Qarabağ üzrə danışıqlara çağırır


Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında baş verənlər tərəflərin sabit həll yoluna nail olmaq üçün danışıqlar prosesini dərhal bərpa etməsinin vacibliyindən xəbər verir.


Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bunu RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

"Tərəflərin uzunmüddətli sülhün əldə olunmasına töhfə verəcək danışıqlar prosesini bərpa etməli olduğuna tam əminik. Mövcud sazişlər əsasında müharibə riskini azaltmaq üçün səyləri artırmağı olduqca əhəmiyyətli hesab edirik", - deyə M.Zaxarova bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu