Milli Məclisin növbəti iclası keçirilir


Milli Məclisin növbəti plenar iclası başlayıb.


"Report"un məlumatına görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 7 məsələnin müzakirəsi daxil edilib.

İclasda ilk olaraq İnsan Alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinləniləcək. İllik məlumatı daxili işlər nazirinin birinci müavini, insan alverinə qarşı mübarizə üzrə milli koordinator Vilayət Eyvazov təqdim edəcək.

Daha sonra "Uşaq hüquqları haqqında" yeni qanun layihəsi, eləcə də "Telekommunikasiya haqqında", "Kütləvi informasiya haqqında", "Polis haqqında", "Cinayət işlərinə dair hüquqi yardım haqqında" və "Cinayət törətmiş şəxslərin verilməsi haqqında" qanunlara təklif olunan dəyişikliklər müzakirə ediləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu