Zakir Həsənov: "Silahlı Qüvvələr silah və texnika ilə tam şəkildə təmin edilib"


"Silahlı Qüvvələr silah və texnika ilə tam şəkildə, yüksək səviyyədə təmin edilib, sosial məsələlər həll olunub".


"Report" xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Tərtər rayonunda "N" saylı hərbi hissədə şəxsi heyətlə görüşündə Z.Həsənov bildirib: "Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Bütün şəxsi heyət adından Sizə dərin minnətdarlığımızı bildiririk. Silahlı Qüvvələrə yüksək qayğı göstərirsiniz.
Cənab Ali Baş Komandan, Sizin diqqət və qayğınız nəticəsində bu gün Silahlı Qüvvələr silah və texnika ilə tam şəkildə, yüksək səviyyədə təmin edilib, sosial məsələlər həll olunub. Göstərilən qayğını, etimadı doğrultmaq üçün şəxsi heyət daim döyüş hazırlığı səviyyəsini yüksəldir və möhkəmlənir.
Möhtərəm cənab Prezident, Sizi əmin edirəm ki, Silahlı Qüvvələrin şəxsi heyəti bütün əmrlərinizi qısa müddətdə yerinə yetirməyə hazırdır və qadirdir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu