İran səfiri Azərbaycanın ərazi bütövlüyü haqda


İran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmasına tərəfdardır.


AzərTAc bildirir ki, bunu yerli mətbuata açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

Diplomat bildirib ki, əgər tərəflər müraciət etsələr, İran münaqişənin həllinə kömək göstərməyə hazırdır. Rəsmi Tehran bölgədə sülhün və qarşılıqlı əməkdaşlığın hökm sürməsində maraqlıdır.

Səfir bir daha bəyan edib ki, İran Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır və ona hörmətlə yanaşır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu