Azərbaycanın sürücülük vəsiqələri Türkiyədə tanınacaq


Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.


AzVision.az xəbər verir ki, məsələ barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Daha sonra Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış sazişi təsdiqləyib.

Bundan sonra Azərbaycan və Türkiyədə sürücülük vəsiqələri qarşılıqlı tanınacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu