Müsavatın Məclis üzvü partiya sıralarından istefa verib


Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin gənclərlə iş üzrə sabiq müşaviri, təşkilatın Məclis üzvü Rüfət Hacıbəyli partiya sıralarından istefa verib.


Bu barədə "Report"a R.Hacıbəyli özü bildirib.
O, istefasını Müsavat Partiyasının VIII qurultayından sonra baş verənlərlə əlaqələndirib: "2004-ci ildən Müsavat Partiyasının üzvüyəm. Həmişə partiyanın mənafeyini, müsavatçılıq idealogiyasını uca tutmuşam. Təssüflər olsun ki, 2013-cü ilin ortalarından başlayaraq, partiya rəhbərliyinin yürütdüyü yanlış siyasət, qurultaydan sonra partiyanın düşdüyü durum o qədər də xoş bir görüntü yaratmadı. Partiyada aparılan siyasət onun hədəfləri, mübarizəsi ilə uyğun gəlmədiyi üçün partiya ilə yollarımı ayırıram, Müsavat Partiyasından istefa verdiyimi bəyan edirəm!".
Xatırladaq ki, Müsavat Partiyasının 2014-cü il sentyabrın 27-də keçirilən VIII qurultayında Arif Hacılı 228 səslə başqan seçilib. Digər namizəd Qubad İbadoğlu 200 səslə ikinci, Tural Abbaslı isə 20 səslə üçüncü olub. Qurultayın nəticələrindən narazı qalanlar növbədənkənar qurultay keçirilməsi tələbini irəli sürüblər. Bundan sonra Q.İbadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını yaradıb. Partiya rəhbərliyi isə Q.İbadoğlunun bu addımını bölücülük kimi qiymətləndirib və onu partiyadan xaric edib. Tural Abbaslı da tərəfdarları ilə birlikdə “Ağ blok” yaratdığını elan edib. O, da Müsavatdan istefa verib. Hazırda "Ağ blok" partiyaya çevrilir. R.Hacıbəyli də T.Abbaslının tərəfdarlarındandır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu