"Qarabağın müstəqilliyini tanımayacağıq"-ABŞ


ABŞ Azərbaycan və Ermənistanı danışıqlar masasında oturmağa çağırıb.

Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner mediada Ermənistanın “Dağlıq Qarabağ Respbulikası”nın müstəqilliyinin tanınması barədə sualı cavablandırarkən bildirib.

“ABŞ dünya birliyi ilə birgə Dağlıq Qarabağı tanımır və tanımayacaq. Dağlıq Qarabağın son statusu yalnız münaqişənin hərtərəfli həlli kontekstində müəyyənləşə bilər. Ona görə də münaqişənin davamlı həllinə nail olmaq üçün yaxşı niyyət göstərməyə və danışıqlar masasına oturmağa çağırırıq”, - deyə Toner qeyd edib.

Azvision



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu