​Rusiya XİN Azərbaycan və Ermənistanla münasibətlərin nüanslarını açıqlayıb


"Rusiya Ermənistanın müttəfiqidir. Azərbaycanla münasibətimiz isə belə deyil, strateji tərəfdaş xarakterlidir".



"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB üzrə Dördüncü Departamentinin, direktoru Aleksey Pavlovski Moskvada erməni jurnalistlərlə görüşündə deyib.
"Hər iki sözün mənası aydındır. Tərəfdaşlıq o deməkdir ki, biz qarşılıqlı şəkildə əməkdaşlıq edirik. Strateji tərəfdaşlıq isə qarşılıqlı əməkdaşlığın uzunmüddətli olduğu deməkdir. Rusiya-Azərbaycan münasibətlərinin əsasında coğrafi yaxınlıq, iqtisadi əlaqələr, Rusiyadakı böyük Azərbaycan diasporu kimi obyektiv amillər durur. Biz bu münasibətləri strateji tərəfdaşlıq adlandırırıq. Azərbaycan Ermənistandan fərqli olaraq, Rusiyanın müttəfiqi deyil. Biz Ermənistanla hərbi-siyasi müttəfiqik. Bizim hərbi sahə də daxil olmaqla bir sıra qarşılıqlı yardım üzrə müqavilələrimiz var. Məhz, bu fərqə görə, Rusiyanın Ermənistana və Azərbaycana münasibəti eyni səviyyədə deyil. Bunun əksini demək tamamilə səhvdir", - deyə o, vurğulayıb.
Xatırladaq ki, Rusiya baş nazirinin müavini Dmitri Roqozin bir müddət əvvəl deyib: "Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır". Onun bu açıqlaması Ermənistanda hay-küyə səbəb olmuşdu. Erməni ictimai xadimləri hətta Azərbaycanla bu münasibətə görə, Rusiyanı "satqın" da adlandırmışdılar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu