ABŞ-ın yeni səfiri tezliklə Bakıya gələcək


Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş səfiri Robert Sekutanın Azərbaycana gəlişi ən yaxın zamanda baş tutacaq.

APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan deyib. O bildirib ki, hələlik səfirin gəlişinin dəqiq tarixi məlum deyil: “Mən ötən müddət ərzində səfir Robert Sekuta ilə bir sıra söhbətlər aparmışam.

O çox tez bir zamanda Azərbaycana gələrək ölkələrimiz arasındakı mövcud əlaqələrin daha da gücləndirilməsi və inkişaf etdirilməsi işinə töhfə verməyi səbirsizliklə gözlədiyini deyir”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu