Tahir Kərimli növbəti dəfə Vəhdət Partiyasının sədri seçilib


Vəhdət Partiyasının IV qurultayı keçirilib.


"Report" xəbər verir ki, mətbuat üçün qapalı olan qurultayda 211 nümayəndə iştirak edib.
Milli Məclisin deputatı Tahir Kərimli yenidən Vəhdət Partiyasının sədri seçilib, Əbdülvahab Manafov isə sədrin birinci müavini olub.
Bundan başqa, qurultayda 7 nəfərdən ibarət Mərkəzi Nəzarət-Təftiş Komissiyası formalaşdırılıb. Etibar Səmədov komissiyanın sədri seçilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu