Azərbaycan Prezidenti ilə Türkiyənin yeni baş naziri arasında telefon danışığı olub


Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının baş naziri Binəli Yıldırıma telefonla zəng edib.


“Report” Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, dövlət başçısı Binəli Yıldırımı hakim Ədalət və İnkişaf Partiyasının sədri vəzifəsinə seçilməsi və baş nazir təyin olunması münasibətilə təbrik edib, ona dövlətçilik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Türkiyə Respublikasının baş naziri Binəli Yıldırım göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu